BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərenerji": İşğaldan azad edilmiş rayonlarda işlər yekunlaşmaq üzrədir

Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarında yeni 110 kV-luq yarımstansiyalar inşa olunur.

 

Pravda.az xəbər verir ki, bu barədə "Füzuli" yarımstansiyasına səfər edən jurnalistlərə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

 

Onun sözlərinə görə, artıq "Şuşa" yarımstansiyası istismara verilib, yeni 110/35/10 kV-luq "Füzuli" yarımstansiyası isə üç ay ərzində tikilərək inşa edilib.

 

"Füzuli" yarımstansiyası dövlət başçısı tərəfindən işə salınmasından sonra artıq istismardadır. Bu yarımstansiya bütün Füzuli rayonunu, o cümlədən Füzulidəki strateji obyektləri, hava limanı, Füzuli-Şuşa avtomobil yolu, həmçinin əhali və qeyri-əhali üçün nəzərdə tutulmuş digər obyektləri elektrik enerjisi ilə təmin edir", - deyə "Azərenerji" rəsmisi bildirib.

 

T. Abdullayev onu da vurğulayıb ki, 110/35/10 kV-luq "Şükürbəyli" yarımstansiyasının önəmliliyi ondan ibarətdir ki, "Füzuli", "Şuşa" və "Cəbrayıl", "Qubadlı", "Zəngilan" yarımstansiyaları məhz sözügedən yarımstansiya vasitəsilə qidalandırılacaq: "Hazırda Qarabağda və işğaldan azad olunmuş ətraf ərazilərdə işlər davam etdirilir. Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir və Murovu aşmaqla, Kəlbəcər rayonuna 70 km-lik məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir. Eyni zamanda, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında analoji xətdən çəkilir".

 

T. Abdullayev qeyd edib ki, Ağdamda hazırda "Ağdam 1" və “Ağdam 2" 110 kV-luq yarımstansiyalar tikilir, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında isə işlər yekunlaşıb: "Beləliklə, işğaldan azad edilmiş bütün rayonlarda işlər sürətlə davam etdirilir və artıq hamısı yekunlaşmaq üzrədir".

Tarix: 16 İyun 2021, 14:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin