BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə məşhur mebel şirkəti ilə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində “Foriella” MMC-nin inzibati cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Foriella” MMC  Maliyyə Bazarlarına Nəzarət Palatasının İXM-nin 430.4-cü maddəsinə əsasən yazdığı protokolla Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2019 tarixli qərarı ilə cərimələnib.

 

Valyuta tənzimi qaydalarının pozulmasına - avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, şirkət 4 114 ABŞ dolları məbləğində cərimə olunub.

 

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən iclasda bu qərardan şirkətin verdiyi apellyasiya şikayəti təmin edilib və İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

 

"Foriella” MMC Bakı şəhəri Balaxanı Sənaye Parkında yerləşir. Fıstıq və palıddan masa, stul və digər mebellərin Qafqazda ən böyük istehsalçısı olan şirkət, məhsullarını Gürcüstan, Qazaxstan, Rusiya, Tacikistan, Qırğızstana və digər ölkələrə ixrac edir.

Tarix: 18 Noyabr 2019, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin