BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: "Demokratiya indeksində İrandan üstünük"

Müqayisə əsasında fərqləri və müxtəliflikləri daha aydın görmək mümkün olduğuna görə son zamanlar bu üsula tez-tez müraciət edirəm. Bu dəfə də mötəbər beynəlxalq qurumların apardığı tədqiqatlara istinadən Azərbaycanın quru sərhədləri olan qonşu dövlətlərlə müqayisədə durumunu xarakterizə edən göstəricilərin müqayisəsini təqdim edirəm. İnsanın inkişafı, korrupsiyanı qavrama və demokratiya indekləri əsasında tərtib olunan və bu yazının şəkil bölməsində yerləşdirilən cədvəlin məlumatları eyni metodologiyaya əsaslanır və 2019-cu ilin nəticələri əsasında son vəziyyəti xarekterizə edir.

 

Diqqətlə baxın, görəcəksiniz ki, bir çox məsələlərdə qonşulardan geri qalır, bəziləri üzrə irəli çıxa bilmişik. Belə ki, cədvəldə təqdim olunan insanın inkişafı üzrə Azərbaycan hətta cənub qonşusu İranla müqayisədə belə zəif mövqedə. yerləşdiyimiz bölgədə ən pis durumdadır. Korrupsiyaya səviyyəsinə görə Azərbaycan Cənubi Qafqazın ən korrupsiyalaşmış dövləti olsa da İran və Rusiya ilə müqayisədə yaxşı görsənir. Demokratiya indeksində isə biz bölgədə yalnız İrandan üstün durumdayıq, digər 4 dövlətdən pis mövedəyik.

 

Məlumat üçün onu da əlavə edim ki, insanın inkişafı indeksi özündə 3 vacib göstəricini - adambaşına düşən milli gəlir, savadlılıq və orta ömür uzunluğu - ehtiva edir. Göründüyü kimi insanın inkişafı iqtisadiyyatın, təhsilin və səhiyyənin durumu əsasında qiymətləndirilir. Deməli, bu göstəricinin yaxşılaşdırmaq üçün iqtisadi artımı sürətləndirməli, təhsil və səhiyyənin keyfiyyətini yüksəltməliyik. Buna isə yalnız kompleks və gerçək islahatlarla nail olmaq mümkündür.

 

İqtisadçı-alim Qubad İbadoğlu

Fotoları təqdim edirik
Tarix: 25 Yanvar 2020, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin