BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəcəb Tayyib Ərdoğan: “Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar”

“Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar. Sadəcə, bu fakt belə Qarabağın kimin torpağı olduğunu göstərir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə Prezidenti bildirib ki, azərbaycanlılar 30 il əvvəl yurdlarını tərk etmək məcburiyyətində qalanda evlərini yıxmayıb, dağıtmayıblar: “Çünki öz evlərini yıxa bilməzdilər. Azərbaycanlılar indi onların dağıtdıqlarını bərpa edəcəklər. Bərabər yeni bir Qarabağ quracağıq, bərpa edəcəyik. Qarabağ dünyanın ən gözəl bölgələrindən, mədəniyyətinə görə də dünyanın ən gözəl yerlərindən biridir. İnşallah yenə elə olacaq. Türkiyə olaraq bu dönəmdə də Azərbaycanın yanında yer almağa davam edəcəyik”.

Tarix: 16 İyun 2021, 16:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin