BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fars körfəzinin timsahı” ləqəbli narkobaron edam edildi

İranda “Fars körfəzinin timsahı” ləqəbli narkobaron və onun yaxın adamı edam olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İranın Hörmüzqan əyalətinin prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, “Fars körfəzinin timsahı” ləqəbli Ə. Z. və onun yaxın adamı M.H. bu gün edam olunublar.

 

Bundan başqa, onların rəhbərlik etdiyi dəstənin digər 18 nəfər üzvü ümumilikdə 420 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

“Fars körfəzinin timsahı” ləqəbli narkobaron Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrində narkotik ticarəti ilə məşğul olub.APA

Tarix: 25 Yanvar 2020, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin