BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: “Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”

“Bu zəfərin ardından edilənlərə və ediləcəklərə baxanda hansı işlər görəcəyimiz aydın olur”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə Prezidenti bildirib ki, hər şeydən əvvəl Qarabağa sükut hakim olub: “İnşallah bir sonrakı gəlişimizdə bu torpaqların insanlarının öz evlərinə yerləşməsinin sevincini yaşayacağıq. Bir an öncə evlərinizi tikilir, tikiləcək. Sizin bu evlərə yerləşməyinizi gözləyirik. Hazırda yollar sürətlə tikilir, elektrik stansiyaları açılır, bir tərəfdən nəqliyyat infrastrukturu qurulur”.

 

Cənab Ərdoğan qeyd edib ki, Zəngərzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil: “Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə ermənilər də hərəkət edə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”.

Tarix: 16 İyun 2021, 16:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin