BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı dünyaya bir daha sübut etdi ki, Azərbaycan tək deyil”

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı dünyaya Azərbaycanın tək olmadığını bir daha sübut etdi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

 

Deputat bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışını tarixi çıxış hesab edir: "Bu gün Türkiyə Cümhuriyyətinin Prezidenti Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışı zamanı toxunulan məqamlar əsasən iki dövlətin dostluq və qardaşlığına söykənirdi. Bütün məsələlərdə birgə hərəkət edəcəyimiz fikri Türkiyə Prezidentinin bütün cümlələrində əksini tapıb. Ərdoğan bildirib ki, bundan sonrakı əməkdaşlığımız hərbi, iqtisadi, eləcə də bütün sferalarda davam edəcək. Mən bu çıxışı həmçinin zəfər çıxışı da adlandırırardım, çünki Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana qardaş ölkənin rəhbəri kimi gəlib. Bu səfəri həm də zəfərdən sonra regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verən bir səfər kimi də qiymətləndirmək olar. Türkiyə Prezidentinin Milli Məclisdəki çıxışı dünyaya bir daha sübut etdi ki, Azərbaycan tək deyil".

 

Qeyd: İyunun 16-da Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisində çıxış edib.

 

Nəzrin Cavid

Tarix: 16 İyun 2021, 17:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin