BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu malların satışı onlayn olacaq

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı zamanı onlayn satışlara üstünlük verilməlidir.

Pravda.az xəbər verir ki, bu barədə “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.

Sənədə əsasən, kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir.

Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.

Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələrlə təmin olunmalıdır.

Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır.

Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir.

İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

Tarix: 16 İyun 2021, 19:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin