BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lerikdə ayı kəndə hücum etdi

Lerik rayonunda ayı kəndə hucum edib.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Mistan kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Şəmsi Nurəli oğluna məxsus arıçılıq təsərrüfatına hücum edən ayı arı pətəklərini dağıdıb.

 

Hadisədən xəbər tutan ev sahibi qonşuların və itlərin köməkliyi ilə ayını ərazidən uzaqlaşdırıblar. Amma buna baxmayaraq, fermerə maddi ziyan dəyib, arıların yeşikləri, çərçivələri dağılıb.

 

Qeyd edək ki, bu ayıların kəndə ilk hücumu deyil. Bundan əvvəl vəhşi heyvan yerli sakinlərin kənd təsərrüfatı heyvanlarına da zərər vurub.

 

Report

Tarix: 16 İyun 2021, 22:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin