BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Silahlı şəxslər XİN-in binasına basqın etdi

Bir qrup silahlı şəxs Tripolidə Liviya Xarici İşlər Nazirliyinin binasına basqın edərək içəri daxil olublar.

 

Pravda.az xəbər verir ki, bu barədə 218TV telekanalı məlumat verib.

 

Qeyd olunub ki, hücumun arxasında Faiz Sarracın başçılıq etdiyi Liviya Milli Razılıq hökuməti tərəfindən dəstəklənən “Tripoli İnqilabçıları” taboru durur. Döyüşçülər binaya daxil olaraq 166-cı piyada briqadasından buraya təhkim edilən mühafizəçiləri qovub.

 

Telekanal bildirib ki, qısa müddətdən sonra silahlı şəxslər nazirliyin binasını tərk ediblər.

 

Bina Sarrac dövründə yaradılan Təhlükəsizlik və Stabillik Ofisindən gələn işçilər tərəfindən mühafizə olunmağa başlanıb.

 

Report

Tarix: 17 İyun 2021, 08:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin