BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhriyar Məmmədyarov: "Ümid edirəm ki, qələbəmə bizim aidiyyəti qurumlar da sevinir, təbrik almamağıma baxmayaraq"

“Grand Chess Tour” turnirinin qalibi olan Şəhriyar Məmmədyarov qazandığı uğurla bağlı fikirlərini bölüşüb.

 

Pravda.az xəbər verir ki, Azərbaycan şahmatçısı bu barədə özünün feysbuk hesabında yazıb.

 

O, qazandığı uğura görə aidiyyəti qurumlardan təbrik almadığını da bildirib: "Bildiyiniz kimi “Grand Chess Tour” turnirinin qalibi oldum. Bu, mənim üçün qazandığım ən güclü turnir idi. Bildiyiniz kimi turnirdə top onluqdan 7 şahmatçı iştirak edirdi. Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Mənə turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyəti qurumlar da sevinir, təbrik almamağıma baxmayaraq”.

Tarix: 17 İyun 2021, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin