BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava yağmursuz keçəcək

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 1° şaxatdan 2°-dək isti, gündüz  7-10° isti, Bakıda  gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm  civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  50-55% olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° isti olacaq.

Tarix: 25 Yanvar 2020, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin