BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Polisin qıza təcavüz etməsi əsassız və uydurmadır

"Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

 

O bildirib ki, ötən il sentyabrın 17-də Salyan şəhər sakini Yaşar Abıyev Rayon Polis Şöbəsinə müraciət edərək qızı Aytəkinin evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirmiş və onun tapılması üçün polisdən kömək istəmişdi: “Bu artıq Aytəkinin 3-cü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. Bu dəfə də polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılmış və RPŞ-yə gətirilmişdi. Aytəkin RPŞ-nin həyətində atasını, anasını və qardaşını gördükdə "Siz məni yenə də tutub valideynlərimə verdiniz?"- deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirmişdi. Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılmış və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

 

Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib”.

Tarix: 25 Yanvar 2020, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin