BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden ilə "CNN" müxbiri arasında gərgin anlar yaşanıb - VİDEO

ABŞ Prezidenti Co Bayden "CNN" müxbiri Kaitlan Kolinsin mətbuat konfransında verdiyi suala sərt reaksiya versə də, sonradan üzr istəyib.


Pravda.az xəbər verir ki, sözügedən hadisə Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfrasında baş verib. Belə ki, müxbirin, "sizi Putinin davranışlarının dəyişəcəyinə inandıran nədir?" sualı Baydeni özündən çıxarıb. Bayden isə, "məndə belə bir əminlik yoxdur, niyə həmişə bunu edirsən? Nə vaxt belə bir şey dedim?" deyə sərt reaksiya verib. "Əgər dediklərimi anlamırsansa, səhv peşə sahibisən", - deyən prezident daha sonra müxbirdən üzr istəyib.
 



Yeniavaz.com

Tarix: 17 İyun 2021, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin