BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Abdullayevə yeni vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

 

Bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

 

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

 

 

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

 

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

Tarix: 17 İyun 2021, 22:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin