BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyaya giriş xüsusi proqram vasitəsilə olacaq

Sentyabrın 1-dən etibarən MDB ölkələrinin vətəndaşları üçün Rusiyaya giriş yalnız xüsusi "COVID-19-suz səyahət et" ("Путешествуй без COVID-19) tətbiq proqramı vasitəsilə olacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçirilən 90-cı iclasında çıxışı zamanı bildirib.

 

A.Overçuk bildirib ki, bütün ölkələrə bu tətbiq proqramına qoşulmaq tövsiyə olunur.

 

Daha əvvəl tətbiq proqramının test nəticələrini və QR-kodları yadda saxlamağa imkan verdiyi bildirilirdi. Tətbiq proqramının funksionalı məsul şəxslərə ölkəyə giriş zamanı test nəticələrini həm vizual olaraq (yeni verilmiş testin QR-kodunun yaşıl rəngi vasitəsilə), həm də istənilən smartfondakı standart QR-kod oxuyucusu vasitəsilə yoxlamağa imkan verir.

Tarix: 18 İyun 2021, 15:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin