BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəran “MERO”da votsap bazarı - QİYMƏTLƏR

Lənkəranda rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində avtomobillərin texniki baxışdan keçməsinin “müasir texnoloji” üsulu tətbiq olunur.

 

Pravda.az xəbər verir ki, bəzi lənkəranlı sosial şəbəkə istifadəçiləri maşınların texniki baxışdan keçməsi üçün şöbəyə getməyə lüzum olmadığını yazırlar.

 

Onların sözlərinə görə, texniki baxışı onlayn şəkildə həyata keçirən şöbə rəisi nə özlərinə, nə sürücülərə əziyyət verir.

 

Belə ki, avtomobilin texniki pasportunun fotosu votsapla şöbənin təlimatlandırılmış, sürücülərlə tanışlığı olan əməkdaşlarına göndərilir, maşınlar qeydiyyatdan keçirilir. Bunun üçün şöbə rəhbərliyi tərəfindən tariflər də müəyyənləşdirilib:

 

Minik avtomobillərinin sahibləri 70 manat, “Qazel” və “Ford” sürücüləri 80 manat, “Ateqo” “Zil” 90 manat, “Kamaz” şoferləri 100 manat ödəniş etməlidirlər. Bu da özlüyündə qanunları saymamaqdır.

 

Görünür ki, şöbədə texniki baxış bazarı açılıb və Dövlət Yol Polisi rəhbəri, general Ramiz Zeynalovun tapşırıqlarına zidd fəaliyyət göstərilir.

 

TİA.Az

Tarix: 18 İyun 2021, 15:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin