BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Nazirin müavini: “Əməkhaqqı və pensiyalar ciddi şəkildə artırılıb”

"Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir. Bu, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərin nəticəsidir. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyinin şahidi oluram. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili durur. 2019-cu ildə Azərbaycanda 2 mərhələdə böyük islahatlar həyata keçirilib. Minimum əməkhaqları və pensiyalar ciddi şəkildə artırılıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.

 

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı imkan verdiyi çərçivədə ölkə Prezidenti ve hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq: "İnsanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır. Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə, təhsidə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla birlikdə qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər".

 

Tarix: 18 Noyabr 2019, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin