BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“8 yaşlı qızım məktəbdə direktorun köməkliyi ilə əlimdən alındı” - VİDEO - AÇIQLAMA

“Məktəbdə hər kəsin gözü qarşısında mənə təziq edərək qızımı əlimdən aldılar”.


Pravda.az xəbər verir ki, bu barədə 8 yaşlı məktəblinin anası Gülbəniz Əzimova məlumat verib. O, iddia edir ki, qızı məhkəmənin icra sənədi qanuni qüvvəyə minməmiş atası tərəfindən onun əlindən zorla alınıb. Valideyn bütün bu proseslərin Xətai rayonu 86 saylı məktəbdə direktor Cavid Əliyevin köməkliyi ilə edildiyini də iddia edib: “Biz 2012-ci ildə ailə həyatı qurduq və bu evlilikdən bir qız övladımız dünyaya gəldi. Sonradan aramızda anlaşılmazlıq oldu və ayrılmaq qərarına gəldik. 2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə boşandıq və qızım mənim himayəmə verildi. Övladımın atası Heydərov Emin 2019-cu ildə yenidən məhkəməyə müraciət edərək qızımın məndən alınaraq onun himayəsinə verilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə də mənim iştirakım olmadan keçirilib və qərar çıxarılıb ki, qızım atasına verilsin. Bütün bunlardan da atasının övladımı apardıqdan və mənə qaytarmaq istəməməsindən sonra xəbərim oldu. Ancaq mən də təkrar məhkəyə müraciət etdim və məhkəmə hal-hazırda davam edir. Məhkəmə davam etdiyi müddətdə qızımın məndə qalmalı olduğu halda atası məktəbə gələrək qızımı məndən zorla aldı. Bu proseslərə də Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarov heç bir səlahiyyəti olmadığı halda, qanunsuz şəkildə müdaxilə etdi”.
Ə. Gülbəniz onu da iddia edib ki, İcra məmuruna göstəriş Ədliyyə Nazirliyindən verilib: “Bu qanunsuz göstərişi Heydər Bəxtiyarova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev verib. Hətta 86 nömrəli tam orta məktəbin direktoru və digər rəhbər şəxsləri də həmin qanunsuz əməlin törədilməsində çox böyük canfəşanlıqla icra məmuruna kömək edib”.


Vətəndaşın iddiaları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yeniavaz.com-a bildirildi ki, valideynlərin məktəbdən şagirdi hansının götürməsi ilə bağlı aralarında mübahisə yaranıb və bundan sonra Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət olunub: “Bakı şəhəri 86 nömrəli tam orta məktəbin şagirdinin valideynləri Səmədova Gülbəniz İntiqam qızı və Heydərov Emin Teyyub oğlu arasında övladlarının kim tərəfindən evə götürülməsinə dair mübahisə yaranıb. Valideynlər arasında ailə münasibətləri zəminində öncədən yaranmış mübahisə ilə bağlı məhkəmə qərarının icrası məqsədilə Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət olunub. Təəssüf ki, bundan sonra valideynlər arasında mübahisə genişlənib və övladlarının təhsil aldığı məktəbə də sirayət edərək arzuolunmaz rezonans yaradıb. Suraxanı rayon İcra və probasiya şöbəsi əməkdaşlarının və valideynlərin iştirakı ilə baş verən proses zamanı şagirdin psixoloji sarsıntı yaşamaması üçün onun məktəb psixoloqunun yanında saxlanılması məktəb rəhbərliyi tərəfindən məqsədəuyğun hesab olunub. Qeyd edək ki, bu kimi məsələlərin həllində uşaqların psixoloji cəhətdən zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. Bununla bağlı hər hansı bir valideynin narazılığı varsa, aidiyyəti üzrə müvafiq orqanlara müraciət etməyi tövsiyə olunur”.

Vəkil Sevinc Məmmədəliyeva baş verən hadisə ilə bağlı bildirdi ki, məhkəmə mübahisələri davam etdiyi müddətdə heç bir halda icra hərəkətləri edilə bilməz. O həmçinin bildirib ki, bütün bu proseslərin icra məmuru tərəfindən məktəbdə uşaqların gözü önündə icra prosesinin həyata keçirilməsi isə tamamilə qanunsuzdur.

Tarix: 18 İyun 2021, 19:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin