BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

"Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyr, bu doğru deyil."


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:

" Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib."

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov  “EFES Elçin” kimi tanınan  iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı  ilə nikaha daxil olub.  Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.

Manşet.az

Tarix: 18 İyun 2021, 23:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin