BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Niderlandda qapalı məkanlarda maska məcburiyyəti ləğv edilir

Niderlandda iyunun 26-dan etibarən qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan qaldırılır.

Pravda.az xəbər verir ki, bu qərar ölkədə başlayan normallaşma planının tərkib hissəsidir.

Bildirilib ki, sosial məsafənin qorunması çətin olan yerlərdə - ictimai nəqliyyat, hava limanı, təyyarə və orta məktəblərdə maska taxılmasına davam edəcəklər.

Qeyd olunub ki, 1,5 metr sosial məsafəyə riayət etmək şərti ilə hər şey sərbəstdir.

Bundan başqa, hələlik vaksinasiyadan keçməyən və yay aylarında səyahət edəcək şəxslərə pulsuz koronavirus testi ediləcək.

Tarix: 19 İyun 2021, 00:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin