BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda prezident seçkilərində səsvermə başa çatdı - Kim qalib olacaq?

İranda prezident seçkilərində səsvermə rəsmi olaraq 02:00-da başa çatıb.

 

Bu barədə Seçkilərin Keçirilməsi üzrə Qərargah bildirib.

 

“Səsvermənin keçirilmə vaxtı başa çatdı. Hazırda səsvermə yalnız insanların qaldığı məntəqələrdə davam edir”, - “Gənc Jurnalistlər Klubu” agentliyi bəyanatdan sitat gətirir.

 

Eyni zamanda, IRIB Teleradio Yayım Korporasiyasının məlumatına görə, artıq bağlanmış əksər məntəqələrdə səslərin hesablanmasına başlanılıb.

 

Qeyd edək ki, iyunun 18-də İranda sayca 13-cü prezident seçkiləri keçirilib. Seçkilərdə səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Prosedur gecəyarısı bitməli idi, lakin zərurər yaranacağı təqdirdə onun 02:00-dək uzadılmasına icazə verilib.

 

Dövlət başçısı postu uğrunda Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın katibi Möhsün Rezai, Ali Məhkəmənin sədri İbrahim Rəisi, parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və Mərkəzi Bankın sabiq rəhbəri Əbdünnasir Himməti mübarizə aparırlar.

Tarix: 19 İyun 2021, 07:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin