BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

“Türkiyəli həmkarımız Fulya Öztürk əslində heç bir fədakarlıq etməyib. Gördüyü iş ona çalışdığı media qurumu tərəfindən göstərilmiş böyük etimad idi. O da etimadı yüksək peşəkarlıqla doğruldub. Qarşılığında da gözəl maaş, əlavə bonus, mükafatlar alıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Turan İbrahimov deyib.

 

“Bəli, gözəl reportyorluq keyfiyyətləri, üstəlik də yaxşı artistizmi var. Məhz artistizmidir onu xüsusi edən. Və təbii ki, həm də özünəməxsus, xoş xarici görünüşü. Demək istədiyim odur ki, Fulya xanım haqqında çəkiləcək film nədir, nə üçündür bilmirəm, amma məncə, yersizdir. Həm də çox yersiz…” – T.İbrahimov qeyd edib.

 

Jurnalistin sosial şəbəkədə yazdığı bu status müzakirələrə səbəb olub, o, tənqid edilib.

 

T.İbrahimov isə bildirib ki, 44 günlük müharibə dövründə dövlət tərəfindən öncəliklərin Türkiyə mediasına verildiyini, yerli mediaya və jurnalistlərə cəbhə bölgəsinə getmək icazəsi verilmədiyini, ya da hadisələr olandan çox sonra, az şəxsə bu icazənin verildiyini, hər yerindən duranın, hətta jurnalistin belə cəbhədən, hadisələrdən material hazırlaya bilməyəcəyini bilmədən, anlamadan “müharibə vaxtı sən harda idin, sən də nəsə çəkərdin” deyərək bəzilərinin jurnalistlərimizi qınaması çox mənasızdır, cahilcədir: “Həm də Türkiyə TV-lərinə dövlət bütün imkanları yaratmışdı. Bizimkilərə isə, “bizdən xəbər gözləyin”deyilirdi. Bununla belə yerli jurnalistlərimiz ortaya əla işlər qoydular. Çox qısa müddətdə savaş repotyoru kimi formalaşan jurnalistlərimizin isə, haqqını ödəmək mümkün deyil. Fulya Öztürkün etdikləri, ortaya qoyduğu iş məlumdu. Heç kim danmır. Sadəcə, onu olduğu yerdən başqa bir yerə qoymaq yanlışdır, yersizdir. Və onun da fonunda müharibə vaxtı fədakarlıq etmiş jurnalitlərimizi yox saymaq insafsızlıqdır, haqsızlıqdır”.

Tarix: 19 İyun 2021, 16:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin