BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Şıxlı: “Film çəkiblər, əcəb ediblər”

Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsininin dünyaya çatdırılmasında mühüm rol oynayan “CNN-Türk” kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək. Filmdə Fulyanın çəkdiyi və heç yerdə yayımlanmayan video materiallardan istifadə ediləcək. Bu xəbər Azərbaycanda həm jurnalistlər, həm də sadə insanlar tərəfindən geniş müzakirələrə səbəb olub. Bir çoxları Fulya Öztürk haqqında film çəkilməsini doğru saymasalar da, türkiyəli müxbirin buna layiq olduğunu düşünənlər və onun müdafiəsinə qalxanlar da az deyil.

 

Tanınmış jurnalist və media eksperti Elçin Şıxlı bildirib ki, filmi çəkiblər və mövzu bitib, bunu yenidən şərh etməyin mənası yoxdur: “Bunu niyə müzakirə edirlər? Fulya Öztürk müharibə vaxtı gəlib Azərbaycanda  işləyib və onun haqqında da film çəkiblər. Lap yaxşı ediblər, sonra?. Kiminsə haqqında film çəkmək istəyirlərsə, layiq bilirlərsə, o zaman danışan şəxslər özləri bunu etsinlər. Boş-boş danışmağın heç bir mənası yoxdur.

 

Haqqında film çəkiləsi başqa adamlar var. Amma onlar haqqında film çəkməyiblərsə və kimsə bundan narazıdırsa, o zaman əllərini ciblərinə salıb özləri bunu etsinlər. Amma bunu edən yoxdur, ona görə də, boş-boş danışmasınlar. Boş danışanlar ssenari yazsınlar və sonra da sponsor tapıb istədikləri adam haqqında film çəksinlər. Amma bunu etmirlər axı… Ona görə də sosial şəbəkədə oturub boş-boş nəsə yazmaqdan zəhləm gedir”.

 

Konkret.az

Tarix: 19 İyun 2021, 16:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin