BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden və xanımı 13 yaşlı itlərinin ölümü ilə bağlı açıqlama yaydılar - FOTO

ABŞ Prezidenti Co Bayden və birinci xanım Jill Bayden şənbə günü alman cinsindən olan iki itdən biri - “Champ”ın öldüyünü bildiriblər.

APA xəbər verir ki, Ağ Ev bu barədə cütlüyün yazılı açıqlamasını yayıb.

"Bu gün hamımızın sevdiyi, Alman cinsindən olan “Champ”ın ölümünü ürəkli ağrısı ilə qeyd edirik. Onun evdə dinc şəkildə öldüyünü bildiririk. Son 13 ildə bizim daimi, sevimli dostumuz idi və bütün Bayden ailəsi ona hörmət edirdi”, açıqlamada vurğulanıb.

Qeyd edək ki, “Champ” 2008-ci il prezident seçkilərində Barak Obamanın qələbəsindən sonra Bayden ailəsinə gətirilib.

“Champ”ın müxtəlif vaxtlarda Ağ Ev mühafizəçilərindən birinə hücum etdiyi, digərini isə dişlədiyi bildirilir.

Hazırda Bayden ailəsində "Meyjor" adında 3 yaşlı Alman cinsindən olan daha bir it saxlanılır.



Tarix: 20 İyun 2021, 08:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin