BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bina çökdü, beş nəfər öldü

Çində yaşayış binası çöküb və nəticədə beş nəfər ölüb.

Pravda.az bildirir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qəza nəticəsində yeddi nəfərin yaralandığı da qeyd olunur.

Məlumata görə, hadisə mərkəzi Hunan əyalətinin Çenjou şəhər dairəsində olan Luan qəsəbəsində baş verib.

Çökən binada 12 sakin olub. Cəsədlər dağıntılar altından çıxarılıb və yaralananlara tibb yardım göstərilib.

Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.

Binanın çökmə səbəbi hələ bəlli deyil.

Tarix: 20 İyun 2021, 10:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin