BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səviyyəsiz və cahil adamların su bulandırmağa cəsarət etmələrinə əsla yol vermək olmaz” – Rəşad Məcid

“Fülya Öztürklə bağlı müzakirələr nə qədər cahil və xəbis adamların Feysbukda meydan suladığının növbəti təsdiqi oldu. Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik yaradır, kin-küdurət toxumu səpir. Bəsit düşüncəli, həyasız adamlara indiki kimi münbit şərait heç vaxt olmayıb. Ağzına gələni de, kimə istəyirsən şər at!.. Bunun qarşısını inzibati yolla almaq mümkünsüzdür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Rəşad Məcid deyib.

 

R.Məcid bildirib ki, yüz il öncəki kimi yenə də mədəniyyət, maarifçilik, ədəb-ərkan toxumları səpilməlidir: “Cahil, savadsız, naqis, kin-küdürət püskürən profillər cavabın anındaca almalı, tənbeh olunmalı, sərrast arqumentlərlə susdurulmalıdır: “Yoxsa süni şəkildə yaradılan bu eybəcər, ürək bulandıran ab-havaya alışmaq, adət etmək vərdişi yaranacaq. Feysbukun saflaşmasına, təmizlənməsinə ciddi ehtiyac var. Səviyyəsiz və cahil adamların ara qarışdırmağa, su bulandırmağa cəsarət etmələrinə əsla yol vermək olmaz”.

Tarix: 20 İyun 2021, 12:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin