BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Azərbaycan dərhal Laçın dəhlizində qoşunlarını yerləşdirməlidir...”

“Ermənistanda cinayətkar Köçəryan hakimiyyəti ələ keçirsə - onun seçki yolu ilə hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ancaq rusun silahı ilə hakimiyyəti zəbt edə bilər. 2008-ci ildə Köçəryan Putinin köməyi ilə Sarkisyanı qırğın salmaqla hakimiyyətə gətirdi. İndi həmin ssenariyə uyğun Köçəryan özünü hakimiyyətə gətirmək istəyir. Belə olan təqdirdə Azərbaycan dərhal Laçın dəhlizində, Ermənistanla sərhəddə qoşunlarını yerləşdirməlidir”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan sabiq spikeri Rəsul Quliyev deyib.

 

Sabiq spiker bildirib ki, Köçəryan Putinin dəstəyi ilə bu dəhlizdən Ermənistan ordusu üçün müasir silahları Xankəndi və ətrafına daşıtdıracaq: “Şuşanın sərhədinin azı yarısı erməni silahlı qüvvələrinin mühasirəsində olacaq. Buna qəti sürətdə yol vermək olmaz. Bu boyda çəkilmiş əziyyətlər, tökülmüş qanlar hədər getmək təhlükəsi altında ola bilər. İlk növbədə Azərbaycan hakimiyyəti zəbt etmiş Köçəryanı rəsmi tanımamalıdır. İkincisi, Ermənistana Azərbaycan vətəndaşları olan ermənillərin adından danışmağa qadağa qoymalıdır və heç bir məsələ müzakirə olunmamalıdır. Düşünmürəm, Paşinyan asanlıqla Köçəryana hakimiyyəti zəbt etməyə imkan verəcək. Ancaq hazır olmalıyıq”.

Tarix: 20 İyun 2021, 13:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin