BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Evin kişisi nə dedi, odur" - Aktrisa

"Ev alıb sonra Çingizlə Aydanı evləndirəcəyik. Tələbkaram. Bir mətbəxdə iki qadın ola bilməz. Heç qızımı mətbəximə qoymamışam. Hesab edirlər ki, gəlin gəlirsə, qayınana oturmalıdır, gəlin qulluq etməlidir. Nə vaxt haldan düşərəm, onda qulluq edər".

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədovun xanımı Mehriban "Zaurla Günaydın" proqramında deyib. O, aktyor oğlu İbrahim Çingizin aktrisa Aydan Axundzadə ilə münasibətindən danışıb. O bildirib ki, övladı və gəlini ilə bir evdə yaşamaq istəmir:

 

"Azad yaşasınlar. Nə vaxt istəyirlər yatsınlar, dursunlar, nəyi hara istəyirlər qoysunlar. İmkan varsa, gəncləri ayrı yaşamağa qoyun. İkisi də yaradıcı insandır, ayrı yaşasınlar. Yaradıcı adamın həyat yoldaşı olmaq çox çətindir.

 

Evin kişisi nə dedi odur. Əgər ailə qurursansa, evin qapısından ayağını içəri qoyursansa, sən artıq evin xanımısan. Aktrisalığın qalır qapıdan kənarda. Mən də ailəmə görə karyeramda çox şey itirmişəm. Düşünmüşəm ki, birinci ailəmdir. Ailə, övlad istəyirsənsə, İbrahim nə dedi qəbul et. Qəbul etməsən, artıq...".

Tarix: 20 İyun 2021, 17:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin