BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Baş Prokurorluğundan seçkilərlə bağlı AÇIQLAMA

Ermənistan Baş Prokurorluğu növbədənkənar parlament seçkiləri zamanı daxil olmuş 64 şikayətə baxır.

 

Pravda.az xəbər verir ki, bu barədə brifinqdə Baş Prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.

 

“Seçki məntəqələri açılandan saat 13:00-dək pozuntularla bağlı 64 şikayət daxil olub. 26 qanun pozuntusunda cinayət əlamətləri var, onlarla bağlı istintaq işləri aparılır. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı ilə bağlı bir cinayət işi açılıb. Qalan şikayətlər yoxlanılması üçün Ermənistan polisinə göndərilib”, - Arsenyan qeyd edib.

 

Onun məlumatına görə, 16 hadisə səsvermə sirlərinin pozulması, 6 hadisə seçicilərin satın alınması cəhdləri, 16 insident seçki prosesinə maneə törədilməsi ilə bağlıdır.

Tarix: 20 İyun 2021, 17:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin