BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda təyyarə qəzaya uğradı, hər iki pilot öldü

İranın şimal-şərqindəki Şimali Xorasan əyalətində “Fara Sepehr” təlim təyyarəsi qəzaya uğrayıb.

Pravda.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur bildirib.

Onun sözlərinə görə, insident yerli vaxtla saat 13:40-da qeydə alınıb. Qəza zamanı hər iki pilot həyatını itirib.

Vəlipur əlavə edib ki, hadisə yerinə xilasetmə briqadaları cəlb olunub, faktla bağlı istintaq aparılır.

Tarix: 20 İyun 2021, 18:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin