BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xaçmaz Yaşayış Kompleksi”ndə tikinti zamanı 1 nəfər ölüb

Xaçmaz rayonunda yaşayış binasının tikintisi zamanı ölüm hadisəsi baş verib.

 

Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, iyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərov təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölüb.

 

Müəyyən edilib ki, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam edir.

Tarix: 21 İyun 2021, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin