BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzun gecəsində 17 yaşlı qızın bıçaqlanmasının TƏFFƏRÜATI

Sabirabadda 17 yaşlı məktəbli qızın məzun gecəsi şənliyində bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.

Pravda.az-ın məlumatına görə, Qaralar kəndi ərazisində yerləşən “Ana Kür” restoranında 5 saylı məktəbin şagirdləri şənlik təşkil ediblər.

Hadisəni törədən 19 yaşlı Sübhan Qasımlı məktəbdə təhsil alan Nərgizi (şərti ad) sevirmiş və buna görə valideynləri ilə elçilik də edib. Sübhanın ailəsi polisə izahatında bildirib ki, Nərgiz Sübhanla nişanlı olub. Nərgizin ailəsi isə elçilik mərasimində oğlan evinə “yox” dediyini bildirir.

Şənlikdən bir neçə gün öncə Sübhan qızdan həmin şənliyə getməməsini istəyib. Nərgiz isə məktəb yoldaşları ilə keçirilən məzun gecəsinə qatılıb. Bu səbəbdən də oğlan həmin şənliyə gələrək onu bıçaqlayıb.

Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Sübhanın axtarışları davam edir. Nərgizin isə səhhəti stabildir.


Qafqazinfo

Tarix: 21 İyun 2021, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin