BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı tələbələrin bir qismi yola salındı

Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.

 

Pravda.az-ın xəbərinə görə, Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub: “İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.

 

Elazığ Fırat Universitetindən verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.

Tarix: 25 Yanvar 2020, 23:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin