BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü yağışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatdı

Braziliyanın Minas-Jerays ştatında yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə şənbə günü “Globu” televiziyası ştatın hərbi komandanlığına istinadən bildirib.

 

Kanalın məlumatına görə, daha yeddi nəfər yaralanıb, 2,5 mindən çox insan evsiz qalıb. Xilasedicilər dağıntılar altında itkin düşmüş şəxslərin axtarışını davam etdirir. Qonşu Espiritu-Santu ştatında bir həftə davam edən yağışlar nəticəsində 3 mindən çox adam küçədə qalıb, 9 nəfər ölüb.APA

Tarix: 26 Yanvar 2020, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin