BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis əməkdaşı xidməti silahla özünü güllələdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə iyunun 21-i saat 19 radələrində axşam saatlarında baş verib:"Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş ximdəti silahla özünə atəş açaraq intihar edib".

E. Zahidov əlavə edib ki, hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

 

Tarix: 21 İyun 2021, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin