BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabineti: Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

 

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Tarix: 26 Yanvar 2020, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin