BURADA REKLAMINIZ OLA
BİLƏR

“Niva” ilə çimərliyə girənlər saxlanıldı

Bir neçə gün əvvəl idarə etdikləri "Niva" markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozaraq bu görüntüləri sosial şəbəkələrdə yayan sürücülər saxlanılıblar.

 

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin nəqliyyat vasitələrinin sürücüləri Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Tarix: 22 İyun 2021, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin