BURADA REKLAMINIZ OLA
BİLƏR

Xətaidə binanın həyətində aparılan tikinti dayandırılıb? - AÇIQLAMA

Ötən gün Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında, “Şəms” şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı məlumat verilib.

 

Sakinlər tikintiyə hazırlıq işlərinin davam etdiyini desə də, Xətai Rayon İcra Hakimiyyəti ərazidəki işlərin dayandırıldığını bildirib. 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilib. 

 

Komitədən göndərilən cavabda qeyd olunub ki, həmin ərazi 2015-ci ildə vətəndaşın istifadəsinə verilib:

 

Xətai rayonu, Gəncə prospekti 2942A ünvanında yerləşən torpaq sahəsi 2015-ci ildə Bakı şəhər İH tərəfindən yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə sərəncamla vətəndaşın istifadəsinə verilib. Həmin ərazidə yaşayış binasının tikintisinin planlaşdırılması ilə bağlı Komitəyə müraciət olunub. Hazırda şəhərsalma normalarının tələbləri nəzərə alınmaqla layihəyə baxılır.Oxu.az

Tarix: 26 Yanvar 2020, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin