BURADA REKLAMINIZ OLA
BİLƏR

Afət Fərmanqızı cangüdən axtarır - 30-40 yaş arası...

Müğənni Afət Fərmanqızı özünə cangüdən axtarır.

 

Pravda.az xəbər verir ki, ifaçı bu barədə lent.az-a açıqlamasında deyib. O, bildirib ki, bunun üçün artıq bir neçə yerə müraciət edib:

 

"Əvvəllər bəzi müğənnilərin yanında cangüdən görəndə onları qınayırdım. Deyirdim ki, başı çatmır, sən kimə lazımsan? İndi onları qınamaq lazım deyil. Elə cangüdən müğənniyə lazım imiş. Elə şeylərlə rastlaşdım ki... Çayıma zəhər də qatmışdılar. Yeni mövsümdən cangüdənlə gəzəcəm. Artıq dostuma da demişəm ki, etibarlı bir cangüdən tapsın. 30-40 yaş arası cangüdən axtarıram".

Tarix: 22 İyun 2021, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin