BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbələyə turist aparan avtobus qəzaya düşüb, 2 nəfər ölüb, 15-ə yaxın yaralı var - VİDEO ƏLAVƏ OLUNUB

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 26 Yanvar 2020, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin