BURADA REKLAMINIZ OLA
BİLƏR

Tehranda sərnişin təyyarəsi təcili eniş etdi

İranın "Airbus 306" sərnişin təyyarəsi texniki səbəblərə görə Tehrana təcili eniş edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi bildirib.

 

Məlumata əsasən, İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra təyyarə texniki problemlə üzləşib. Bu səbəbdən təyyarə İstanbula uçuşunu dayandırıb, başqa bir hava limanına - Mehrabad limanına uğurlu eniş edib. Sərnişinlərdən heç biri xəsarət almayıb.Trend

Tarix: 26 Yanvar 2020, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin