BURADA REKLAMINIZ OLA
BİLƏR

Samir Bağırov qayıdır

Uzun müddətdir ekranlardan uzaq olan müğənni Samir Bağırov səhnəyə qayıdır.

 

Pravda.az xəbər verir ki, ekstravaqant sənətçi illər sonra Azərbaycan şou-biznesinə qatılmaq qərarına gəlib. Buna görə də o, Xalq artistləri Aygün Kazımova və Miri Yusifin əməkdaşlıq etdiyi “SS Production”la işbirliyinə başlayıb.

 

Bağırov üçün çıxış mahnısı hazırlanıb, o, yeni klip və fotosessiya üçün kamera qarşısına keçib.

 

Qeyd edək ki, sənətçi qısa fasilələrlə TV proqramlarına qonaq olsa da, 10 ildən sonra peşəkar səhnə ilə vidalaşıb. Onun sonuncu albomu “Sənsizlik”,  sonuncu klipi “Sevmədin, gülüm” və sonuncu mahnısı “Son yarpaq” olub.

Tarix: 23 İyun 2021, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin