BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsi Şağan yolunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

Tarix: 23 İyun 2021, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin