BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan müdafiə naziri Rusiyaya gedir

Ermənistan Müdafiə Nazirliyi MDB-nin kadrlarla iş üzrə departament iclasında iştirak edəcək.

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

MDB ölkələri Müdafiə Nazirləri Şurası çərçivəsində 23-24 iyun tarixlərində Rusiya və Özbəkistanda birlik ölkələrinin Müdafiə Nazirliklərinin şəxsi heyəti ilə iş üzrə bölmə rəhbərlərinin növbəti iclası keçiriləcək.

İclasda nazir Vaqarşak Arutyunyanın rəhbərlik etdiyi Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.

Qeyd olunub ki, bu cür iclaslar MDB Müdafiə Nazirləri Şurasının iş planına uyğun olaraq mütəmadi olaraq keçirilir.

Tarix: 23 İyun 2021, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin