BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş nazir AZAL-la bağlı qərar imzaladı

“Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

 

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Müvafiq olaraq "Naxçıvan” Beynəlxalq Hava Limanı Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.

 

Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Tarix: 23 İyun 2021, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin