BURADA REKLAMINIZ OLA
BİLƏR

Doktorantura və dissertanturaya xarici dil üzrə imtahandan 2 nəfər xaric edildi

Bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil fənləri üzrə imtahan keçirilib.

Dövlət İmtahan Mərkəzindən Pravda-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə keçirilib və saat 11:00-da başlayıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahanda baş vermiş hallar barədə bütün protokollar oxunduqdan sonra yekun məlumat veriləcək.

Tarix: 26 Yanvar 2020, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin