BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şahdağ”da bilet satışı dayandırıldı

Qusarda rayonunda yerləşən Şahdağ Qış-Yay turizm mərkəzində bilet satışı dayandırılıb.

 

Bu barədə Pravda.az-a mərkəzdə olan şəxslər məlumat veriblər.

 

Bildirilib ki, turizm mərkəzində kanatdan istifadə üçün bilet satışı vaxtından əvvəl dayandırılıb.

 

“Bizdə olan məlumata görə, bilet satışı saat 16:30-dək davam etməlidir. Amma saat 14:30-dan biletlərin satışı dayandırılıb. Deyirlər ki, guya kanatdan istifadə edənlər çoxdur, ona görə də satış dayandırılıb. Biz müşahidə etdik, kanatların boş hərəkət etdiyini gördük. Satışın dayandırılmasının əsl səbəbini açıqlamırlar. Digər oyun bölmələrində də bilet satışı dayandırılıb...” – orada olan şəxslər bildirib.

Fotoları təqdim edirik
Tarix: 26 Yanvar 2020, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin