BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hərbçilərin Silahlı Qüvvələr Günü ərəfəsində təltif edilməsi dövlətin orduya göstərdiyi ehtiramın təzahürüdür” - ŞƏRH

"Bir qrup hərbçinin 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində təltif edilməsi dövlətin Azərbaycan ordusuna göstərdiyi ehtiramın təzahürüdür".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

Deputat bildirib ki, Prezident İlham Əliyev müharibə iştirakçılarına hər zaman böyük diqqət və qayğı ilə yanaşır: "Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bundan sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi qulluqçuları müxtəlif medallarla təltif etdi. Bu gün də Prezident bir sıra hərbçiləri göstərdikləri igidliyə görə medallara layiq gördü. İlk dəfədir ki, biz 26 İyun - Silahlı Qüvvələr Gününü torpaqlarımızı işğal azad edərək, ərazi bütövlüyü bərpa edilmiş bir dövlət kimi qeyd edirik. Bu il 26 İyun tamam fərqli əhval ruhiyyədə qeyd olunacaq. Bayram ərəfəsində Prezident İlham Əliyevin belə sərəncamlar imzalaması müzəffər Ali Baş Komandanın Azərbaycan ordusuna, Silahlı Qüvvələrə göstərdiyi diqqət və hörmətin təzahürüdür. Təəssüflər olsun ki, müəyyən qaragüruhçu qüvvələr Vətən müharibəsindən sonra da medal ala bilməyənlər üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışırdılar. Amma nail ola bilmədilər. Hər zaman Azərbaycana xəyanət edən belə qüvvələr incə məqamlardan istifadə edərək birliyimizə ləkə yaxmaq istəyirlər. Şayiələrə baxmayaraq, hər kəs yaxşı bilir ki, Prezident İlham Əliyev müharibə iştirakçılarına hər zaman böyük diqqət və qayğı ilə yanaşır. Bugünkü sərəncam da bir daha təsdiq etdi ki, Ali Baş Komandan Silahlı Qüvvələrin yanındadır və onlar hər zaman dəstəkdir".

 

Qeyd: Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının bır sıra medallarla təltif edilməsi barədə sərəncamlar imzalayıb.

 

Nəzrin Cavid

Tarix: 24 İyun 2021, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin