BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizam Mehdizadə vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Fiziologiya kafedrasının müdiri vəfat edib.

 

Bu barədə ADPU-dan məlumat verilib.

 

“Təəssüf hissi ilə bildiririk ki , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Fiziologiya kafedrasının müdiri, Biologiya üzrə fəlsəfə doktoru, müəllimlərin, tələbələrin və universitet əməkdaşlarının sevimlisi, dəyərli alim və pedaqoq, dosent Nizam Mehdizadə haqq dünyasına qovuşub. ADPU rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqumuzun yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!” – məlumatda qeyd olunub.

 

Tarix: 24 İyun 2021, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin